Salam, Qonaq!
Hörmətli Müsəlman! Saytın bütün imkanlarından istifadə etmək üçün qeydiyyatdan keçin.
Baş Sehife
Giriş
Kitabxana | Imam Elinin (e) heyati

5. Xilafətdən şəhadətədək Əli əleyhissəlamla be’yət tərzi

Taqlar:5 xilafətdən şəhadətədək əli əleyhissəlamla be yət tərzi
Yerleşdirdi:Admin (21.03.2019 / 01:37)
Reytinq:rating 39 article (0)
Oxunmuş:29
Fikirler:0
screenOsmanın maliyyə və idarə pozğunluqları beytül-malı yüz faiz qeyri-şər’i yollarla istifadə etməsi Bəni-Üməyyə qəbiləsindən və öz qohumlarından olan nalayiq və səlahiyyətsiz şəxsləri vəzifəyə gətirməsi mühacir və ya ənsardan olan səlahiyyətli şəxsləri işdən uzaqlaşdırması və dövlətin bütün işlərini Bəni-Üməyyənin ixtiyarında qoyması camaatı qəzəbləndirmişdi. Osman camaatın, ləyaqətsiz icra





başçılarının dəyişdirilməsi haqqındakı şikayətlərinə baxmadığına görə, nəhayət camaat onun hökumətinin əleyhinə qiyam qaldırdı. Bu qiyam Osmanın ölümü ilə nəticələndi. Sonra camaat Əli əleyhissəlama bey’ət etdi. Bu baxımdan Osmanın ölümündən sonra iş başına keçən Əli əleyhissəlamın hökuməti qiyam və camaatın sabiq hökumətin zülmlərinə qarşı qaldırdığı qiyam nəticəsində yaranmış bir hökumət idi.



Osmanın hökumətinin pozğunluqlarından biri də bu idi ki Həkəm ibn Əbul-Ası oğlu Mərvanla birgə Mədinəyə gətizdirmişdi. Peyğəmbər (səlləllahu əleyhi və alih) onu Taifə sürgün etmiş və hətta birinci və ikinci xəlifələr (Əbu Bəkr və Ömər) də onu Mədinəyə qaytarmağa cür’ət etməmişdilər. Osman onları Mədinəyə gətizdirdikdən sonra öz qızını Mərvana ərə vermiş və Mərvanı xilafətin icra aparatına başçı tə’yin etmişdi. Bu da təbiidir ki camaatın qəzəblənməsinə səbəb olmuşdu.



Osmanın evi qırx doqquz gün qiyamçıların mühasirəsində qaldı.1 Osman nə vaxt camaatla yumşaq davranmaq istyirdisə Mərvan daha çox camaatı qəzəbləndirirdi. Axırda müsəlmanlar qəzəblənib Osmanın evinə tökülərək onu qətlə yetirdilər.
Paylaş: Whatsappda paylas Facebook Twitter Google Bookmarks

Saytdakı məlumatlardan istifadə zamanı istinad etməyiniz vacibdir!

ILK-10
Hazırladı: MOVLA_ELCHIN