Salam, Qonaq!
Hörmətli Müsəlman! Saytın bütün imkanlarından istifadə etmək üçün qeydiyyatdan keçin.
Baş Sehife
Giriş
Kitabxana | Imam Elinin (e) heyati

Romalılarla müharİbə

Taqlar:romalılarla müharibə
Yerleşdirdi:Admin (21.03.2019 / 01:44)
Reytinq:rating 42 article (0)
Oxunmuş:24
Fikirler:0
screenYeni İslam hökumətinin əsas düşmənlərindən biri Roma imperiyası olmuşdur. Roma daima İslamı Şimal tərəfdən hədələyirdi. Peyğəmbər (səlləllahu əleyhi və alih) ömrünün son anlarınadək Roma imperiyasının təhlükəsindən qafil olmamışdı. Hətta bir dəfə hicrətin səkkizinci ilində Cə’fəri-Təyyarın başçılığı ilə Şam




istiqamətində bir ordu da göndərmişdi.Ancaq İslam ordusu üç başçısını və bir çox əsgərini itirərək heç bir nəticə almadan Mədinəyə qayıtmışdı. Sonradan bu məğlubiyyətin əvəzini çıxmaq məqsədilə hicrətin doqquzuncu ili Peyğəmbər (səlləllahu əleyhi və alih) böyük bir ordu ilə Təbuk məntəqəsinə tərəf getdi. Ancaq müsəlmanlar düşmənlə rastlaşmadan Mədinəyə qayıtdılar. Bu səfərin bir sıra parlaq nəticələri




oldu. Tarixdə bunların hamısı qeyd olunmuşdur. Romalıların hücum təhlükəsi həmişə Peyğəmbərin (səlləllahu əleyhi və alih) fikrini cəlb edirdi. Bu cəhətdən Peyğəmbər (səlləllahu əleyhi və alih) ömrünün son anlarında xəstə olarkən müsəlmanlardan ibarət bir ordu təşkil edib Şama tərəf göndərdi. Bu ordu bir sıra səbəblər üzündən Mədinədən çıxmadı. Ordu Mədinənin bir neçə kilometrliyində olarkən Peyğəmbər (səlləllahu əleyhi və alih) dünyasını dəyişdi.




Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından sonra Mədinənin siyasi vəziyyəti Əbu Bəkrin xəlifə seçilməsi ilə keçirdiyi böhrandan sonra sakitləşdi. Xilafəti ələ keçirən Əbu Bəkr Peyğəmbərin (səlləllahu əleyhi və alih) fərmanını (romalılarla döyüş fərmanını) yerinə yetirməkdə ikiürəkli idi. (Yə’ni bilmirdi romalılarla vuruşsun



yoxsa vuruşmasın.) Buna görə də, səhabələrin bir dəstəsini toplayıb onlarla məsləhət etdi. Hərə bir təklif irəli sürdü. Ancaq bunların heç biri Əbu Bəkri qane etmədi.



Nəhayət Əbu Bəkr Əli əleyhissəlamla məsləhət etdi. Əli (əleyhissəlam) onu Peyğəmbərin (səlləllahu əleyhi və alih) fərmanını yerinə yetirmək üçün ürəkləndirdi və buyurdu ki əgər vuruşsan qalib gələcəksən. Xəlifə (Əbu Bəkr) İmamın onu ürəkləndirməsindən sevinib dedi: “Yaxşılığa yozdun və xeyirliyə müjdə verdin.1”
Paylaş: Whatsappda paylas Facebook Twitter Google Bookmarks

Saytdakı məlumatlardan istifadə zamanı istinad etməyiniz vacibdir!

ILK-10
Hazırladı: MOVLA_ELCHIN