Salam, Qonaq!
Hörmətli Müsəlman! Saytın bütün imkanlarından istifadə etmək üçün qeydiyyatdan keçin.
Baş Sehife
Giriş
Kitabxana | Imam Elinin (e) heyati

Əli əleyhissəlamın xəlifələr dövründəki fəaliyyəti

Taqlar:əli əleyhissəlamın xəlifələr dövründəki fəaliyyəti
Yerleşdirdi:Admin (21.03.2019 / 01:52)
Reytinq:rating 44 article (0)
Oxunmuş:23
Fikirler:0
screenƏli əleyhissəlamın xəlifələr dövründəki fəaliyyəti aşağıdakı sahələri əhatə edirdi.
1) Allah-taalaya ibadət özü də Əli (əleyhissəlam) kimi bir şəxsiyyətə məxsus olan ibadət! Gör Əli (əleyhissəlam) necə ibadət edirmiş ki ibadətlə məşhur olan İmam Səccad (əleyhissəlam) öz ibadətini Əli əleyhissəlamın ibadəti qarşısında heç hesab edir.



2) Qur’anın təfsiri və bir çox ayələrdəki müşküllərin həlli və İslam aləminin böyük təfsirçisi Abdullah ibn Abbas kimi tələbələr yetişdirmək;





3) Dünya alimlərinin xüsusilə Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından sonra onun dini barədə maraqlanan və Mədinəyə gəlib müsəlmanlara suallar verən yəhudi və məsihi alimlərinin suallarına cavab vermək; Bu suallara danışığında Tövrat və İncildən xəbərdar olması başa düşülən Əli əleyhissəlamdan başqa cavab verən


tapılmırdı. Əgər bu suallara cavab verən tapılmasaydı İslam aləmi rüsvay olardı. Elə ki Əli (əleyhissəlam) onların suallarına qəti və qaneedici şəkildə cavab verirdi, Peyğəmbərin (səlləllahu əleyhi və alih) yerində oturmuş xəlifələrin üzü gülümsəyirdi.




4) İslamda o vaxtadək görünməyən yeni hadisələrin şər’i hökmlərini bəyan etmək; Bə’zi vaxtlar mühakimə və qəzavət elə dolaşıq olurdu ki
qazılar onun həllində aciz qalırdılar. Bu cür mühakimələrin həlli Əli əleyhissəlamın həyatının əsas



məsələlərindən biri idi. Əgər səhabələrin içində Peyğəmbərin (səlləllahu əleyhi və alih) buyurduğuna görə, ümmətin ən biliklisi və qəzavət (mühakimə) işlərinə hamıdan yaxşı xəbərdar olan Əli (əleyhissəlam) kimi bir şəxsiyyət olmasaydı, İslamın ilk vaxtlarında bir çox məsələlər müəmmalı olaraq qalacaqdı.




Bu cür yeni məsələlərin irəli gəlməsi İslamın bütün məsələlərinə (istər kiçik olsun

istərsə də böyük) elmi olan Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından sonra elmli və hər şeydən xəbərdar olan öz geniş elmi ilə ümməti səhv yönəlmələrdən və gümana qiyasa əməl etməkdən qoruyan mə’sum bir İmamın peyğəmbərin yerində olmasını tələb edirdi. Bu ləyaqət isə Peyğəmbərin (səlləllahu əleyhi və alih) bütün



səhabələrinin e’tirafına əsasən, Əli əleyhissəlamdan başqa heç kəsdə yox idi.
Əli əleyhissəlamın qəzavətləri və onun Qur’an ayələrindən çıxardığı gözəl yeniliklər hədis və tarix kitablarında öz yerini tapıb. Bə’zi alimlər bunlar haqqında ayrıca kitablar yazmışlar.



5) Ruhu təmiz pak və seyri-süluk üçün hazır olan insanları tə’lim-tərbiyə etmək; Bu yolla onlar İmamın mə’nəvi rəhbərliyi sayəsində mə’nəvi kamal qüllələrini fəth edir və zahiri gözləri ilə görə bilmədiklərini batini və mə’nəvi gözlə görürdülər.
6) Bir çox kimsəsizlər və kasıbların dolanışığını tə’min etmək; Hətta İmam öz zəhməti ilə bağlar salıb quyular qazıb onları vəqf edirdi.



7) Xilafətdə olanlar siyasi məsələ və ya başqa işlərdə çətinliklə rastlaşıb çıxılmaz vəziyyətə düşdükdə e’timadlı məşvərətçi kimi yalnız Əli əleyhissəlamı görürdülər. Əli (əleyhissəlam) özünəməxsus həqiqət görünüşü ilə müşkülatı həll edir və yolu tə’yin edirdi. Bu məşvərətlərin bə’ziləri Nəhcül-bəlağədə və başqa tarix kitablarında gəlmişdir.
Paylaş: Whatsappda paylas Facebook Twitter Google Bookmarks

Saytdakı məlumatlardan istifadə zamanı istinad etməyiniz vacibdir!

ILK-10
Hazırladı: MOVLA_ELCHIN