Salam, Qonaq!
Hörmətli Müsəlman! Saytın bütün imkanlarından istifadə etmək üçün qeydiyyatdan keçin.
Baş Sehife
Giriş
Kitabxana | Imam Elinin (e) heyati

4) Əlİ - Xeybər qalasının fatehİ

Taqlar:4 əli xeybər qalasının fatehi
Yerleşdirdi:Admin (21.03.2019 / 08:20)
Reytinq:rating 50 article (0)
Oxunmuş:24
Fikirler:0
screenİslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) hicrətin yeddinci ili belə qərara gəlir ki Mədinənin kənarındakı Xeybər qalasının yəhudilərinə hücum etsin. Peyğəmbərin (səlləllahu əleyhi və alih) bu işə əl atmasının iki səbəbi var idi:


1) Xeybər qalası yenicə çiçəklənməkdə olan İslam hökuməti üçün fitnə-fəsad mərkəzinə çevrilmişdi. Bu qalanın yəhudiləri dəfələrlə İslam düşmənlərilə əl-ələ verib Mədinəyə hücum etmişdilər. Xüsusilə onların xəndək döyüşündə böyük rolu olmuşdu.


2) O zamanlar dünyanın ən böyük imperiyaları olan İran və Roma imperiyalarının bir-biri ilə uzun-uzadı müharibə etmələrinə baxmayaraq İslamın üçüncü bir qüdrətli dövlət kimi meydana çıxması onlar üçün dözülməz idi. Buna görə də, Xeybər yəhudiləri bu iki imperiya ilə əl-ələ verib İslamın əleyhinə yürüşlər edə bilər, yaxud müşrikləri təzə müsəlmanların əleyhinə qızışdırıb döyüşdürdükləri kimi bu iki böyük imperiyanı da cavan İslama qarşı döyüşə qaldırardılar.



Bu iki məsələ Peyğəmbərin (səlləllahu əleyhi və alih) min altı yüz nəfərlik bir ordu ilə Xeybər qalasına hücum etməsinə səbəb oldu.
Xeybər qalaları böyük divarlara və çoxlu müdafiə qurğularına malik idi və yəhudilərin döyşçüləri onları möhkəm qoruyurdular. İslam ordusunun döyüşçülərinin şücaəti nəticəsində qalalar çətinliklə də olsa, bir-birinin ardınca süqut edirdi. Lakin ən böyük və ən güclü pəhləvanların yığıldığı Qəmus qalası hələ də müqavimət göstərirdi. İslam mücahidləri nə qədər cəhd göstərsələr də, o qalanın müqavimətini qıra



bilmədilər. Peyğəmbər (səlləllahu əleyhi və alih) möhkəm başağrı nəticəsində özü bilavasitə döyüş səhnəsində iştirak edə bilmir və orduya birbaşa başçılıq etmirdi. Buna görə də, Peyğəmbər (səlləllahu əleyhi və alih) hər gün bayrağı bir nəfərin əlinə verib qalanı fəth etməyi ona tapşırırdı. Ancaq onlar heç bir nəticə almadan geri



dönürdülər. Bir gün Peyğəmbər (səlləllahu əleyhi və alih) bayrağı Əbu Bəkrin əlinə səhəri gün isə Ömərin əlinə verib onları qalaya tərəf göndərdi. Ancaq onlar heç bir qələbə qazanmadan geri döndülər.



Vəziyyətin bu cür gedişinə Peyğəmbər (səlləllahu əleyhi və alih) tab gətirə bilmirdi. İşin belə olduğunu görən Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: «Sabah bu bayrağı elə bir şəxsə verəcəyəm ki Allah-taala o qalanı həmin şəxsin əli ilə fəth edəcək. O elə bir şəxsdir ki Allahı və peyğəmbəri sevir Allah və Peyğəmbər də onu sevirlər.»



O gecə Peyğəmbərin (səlləllahu əleyhi və alih) bütün səhabələri fikirləşirdilər ki görəsən Peyğəmbər (səlləllahu əleyhi və alih) bayrağı sabah kimə verəcək? Səhər olcaq səhabələr Peyğəmbərin (səlləllahu əleyhi və alih) çadırının qarşısında durub hamı ümid edirdi ki Peyğəmbər (səlləllahu əleyhi və alih) bayrağı ona verəcək. Bu zaman Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: «Əli haradadır?» Səhabələr cavab


verdilər ki o, gözü ağradığı üçün istirahət edir. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: «Əlini bura gətirin!» Əli (əleyhissəlam) gəldikdə, Peyğəmbər (səlləllahu əleyhi və alih) onun gözünün sağalması üçün dua etdi. Peyğəmbərin (səlləllahu əleyhi və alih) duası nəticəsində Əli əleyhissəlamın gözü sağaldı. Sonra Peyğəmbər (səlləllahu əleyhi və alih) bayrağı ona verdi. Əli (əleyhissəlam) dedi: “Ya Rəsuləllah! Onlarla İslamı qəbul edənə qədər vuruşacağam.” Peyğəmbər (səlləllahu


əleyhi və alih) buyurdu: “İndi ora get! Elə ki qalaya yetişdin əvvəl onları İslama də’vət et onların Allah-taala qarşısında olan vəzifələrini (İslam dininə itaət etməyi) onlara xatırlat! And olsun Allaha ki bir nəfərin sənin də’vətinlə müsəlman olmasının xeyri sənin qırmızı tüklü dəvələrə yiyələnməyindən üstündür. ” (Qırmızı tüklü dəvə ən qəşəng və ən baha dəvədir.) (Səhihi-Müslim, c.7 səh121)



Əli (əleyhissəlam) bu vəzifəni yerinə yetirmək üçün qalaya tərəf yollandı və o möhkəm və qüdrətli qalanı misli görünməmiş bir şücaətlə fəth etdi.
Paylaş: Whatsappda paylas Facebook Twitter Google Bookmarks

Saytdakı məlumatlardan istifadə zamanı istinad etməyiniz vacibdir!

ILK-10
Hazırladı: MOVLA_ELCHIN