Salam, Qonaq!
Hörmətli Müsəlman! Saytın bütün imkanlarından istifadə etmək üçün qeydiyyatdan keçin.
Baş Sehife
Giriş
Kitabxana | Imam Elinin (e) heyati
1 2 >>

Həssas və böhranlı günlər

Taqlar:imam elinin heyati
Yerleşdirdi:Admin (21.03.2019 / 08:29)
Reytinq:rating 51 article (0)
Oxunmuş:38
Fikirler:0
screenQur’ani-Məcid müsəlmanların bu mühasirədəki çətin və böhranlı vəziyyətini «Əhzab» surəsində çox gözəl şəkildə bəyan etmişdir:
«Ey iman gətirənlər! [Xəndək yaxud Əhzab vuruşunda Qüreyş Qətfan və yəhudilərin Bəni-Nəzir qəbilələrindən təşkil olunmuş] ordular sizin üstünüzə gəldiyi zaman Allahın sizə olan ne’mətini yada salın. O vaxt Biz onların üstünə külək və sizin görmədiyiniz [mələklərdən ibarət] qoşun göndərmişdik. Allah o zaman sizin nə etdiyinizi görürdü. O zaman onlar üstünüzə həm yuxarı həm də aşağı tərəfdən [vadinin üst və alt tərəfindən] hücum etmiş və [qorxudan] gözünüz hədəqəsindən çıxıb ürəyiniz ağzınıza gəlmişdi.



Allah barəsində də müxtəlif fikirlərə düşmüşdünüz. [Mö’minlər Allahın Öz və’dinə doğru olduğuna inanır münafiqlər və e’tiqadı zəif olanlar isə Məhəmmədin bu bəladan xilas ola bilməyəcəyini güman edirdilər]. Məhz onda [Xəndək vuruşunda] mö’minlər imtahana çəkilmiş [kimin həqiqi mö’min kimin münafiq olduğu bəlli olmuş] və möhkəm sarsılmışdılar. O zaman münafiqlər və qəlblərində mərəz [şəkk] olanlar: «Allah ve


Onun peyğəmbəri bizə yalan və’d etmişdir. [Biz zəfər çala bilməyəcəyik]» –deyirdilər. O zaman onlardan biri: «Ey Yəsrib [Mədinə] əhli! [Burada] sizin üçün duracaq bir yer yoxdur [evinizə] qayıdın!»-demişdi. Başqa bir dəstə isə: «Evlərimiz açıqdır [kimsəsizdir oğru girməsindən qorxuruq]»-deyə [geri qayıtmaq üçün] Peyğəmbərdən izn istəyirdi. Həqiqətdə isə evləri açıq [kimsəsiz] deyildi. Onlar ancaq [döyüşdən]


qaçmaq istəyirdilər. Əgər [Mədinənin] hər tərəfindən üstlərinə yüyürülüb [cumulub] onlardan fitnə törətmək [imandan dönmək yenidən müşrikliyə qayıtmaq] istənilsəydi sözsüz ki dərhal onu edər və bunda [bu işdə] azacıq da olsa yubanmazdılar.»



Ancaq müsəlmanların bu çətinliyinə baxmayaraq xəndək, kafirlərin hücumunun qarşısını alırdı və onlar (kafirlər) vəziyyətin bu cür davam etməsinə davam gətirə bilmirdilər. Çünki hava üzü soyuğa gedirdi və digər tərəfdən də kafirlərin özləri və heyvanları üçün gətirdikləri yemək qurtarmaq üzrə idi. Onlar Bədr Ühüd kimi kiçik müddətli döyüş üçün tədarük hazırlamışdılar. Ancaq mühasirə uzun çəkdiyindən və müsəlmanların müqavimətini uzun müddət qıra bilmədiklərindən yeməkləri yavaş-yavaş qurtarır və az qalırdı ki vuruşmaq fikrindən daşınıb geri qayıtsınlar. Ruhiyyələri get-gedə


zəifləyirdi. Nəhayət ordu başçıları belə qərara gəlirlər ki cəsur və şücaətli pəhləvanlar nəyin bahasına olursa–olsun birtəhər xəndəyi aşıb o tərəfə keçsinlər. Bəlkə bununla müsəlmanların müqavimətini qıra bilələr. Beləliklə kafirlərin qəhrəmanlarından beşi atlarını xəndəyin kənarında oynadaraq xəndəyin ensiz hissəsindən o biri tərəfə atılırlar. Xəndəyi aşdıqdan sonra təkbətək döyüşmək üçün rəqib istədilər.



Bu pəhləvanlardan biri ərəblərin ən qüdrətli ən şücaətli cəngavəri olan Əmr ibn Əbdəvəd idi. Ərəblər onu min döyüşçüyə bərabər sanırdılar. O Yəlyəl adlı bir yerdə bir orduya təkbaşına qalib gəldiyi üçün onu «Yəlyəl atlısı» (Yəlyəl qəhrəmanı) adlandırmışdılar. O Bədr döyüşündə yaralandığı üçün Ühüd döyüşündə iştirak edə bilməmişdi. İndi Xəndək vuruşuna gəlmişdi ki öz şücaətini göstərsin.



Əmr ibn Əbdəvəd xəndəyi aşdıqdan sonra vuruşmağa rəqib tələb etdi. Onunla vuruşmağa heç kimin çıxmadığını görüb bir az ürəkləndi və müsəlmanların əqidələrinə istehza (rişxənd) məqsədilə toxunub dedi: «Siz ki deyirsiniz sizin ölülər Cənnətə bizimkilər isə Cəhənnəmə gedir onda sizdən biri gəlsin mən onu Cənnətə göndərim ya da o məni Cəhənnəmə göndərsin.» Sonra bir az rəcəz (nizami şe’r) oxuyub dedi: «Sizin aranızdan bir rəqib tələb etmək üçün o qədər qışqırıb «mənimlə vuruşan varmı?» dedim ki səsim tutuldu.»


Əmrin qışqırığı müsəlmanların ürəyinə elə qorxu salmışdı ki yerlərində quruyub qalmışdılar və tərpənməyə belə cür’ət etmirdilər. Hər dəfə Əmr qışqırıb rəqib istədikdə, yalnız Əli (əleyhissəlam) ayağa qalxıb Peyğəmbərdən (səlləllahu əleyhi və alih) vuruşmaq üçün izn istəyirdi. Ancaq Peyğəmbər (səlləllahu əleyhi və alih) ona izn vermirdi. Əli (əleyhissəlam) üç dəfə ayağa qalxdı lakin Peyğəmbər (səlləllahu əleyhi və alih) razılıq vermədi. Əli (əleyhissəlam) bir daha icazə istədikdə


Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlama buyurdu: «Əli! Bu Əmr ibn Əbdəvəddir!» Əli (əleyhissəlam) da dedi ki ya Rəsuləllah mən də Əliyəm! Nəhayət Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlama izn verdi. Peyğəmbər (səlləllahu əleyhi və alih) öz qılıncını Əli əleyhissəlama verib öz əmmaməsini onun başına bağlayaraq onun üçün dua etdi.


Əli (əleyhissəlam) meydana gedərkən Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: «İndi bütün İslam bütün şirklə (müşrikliklə) üz-üzə gəlir.»
Bu hədisdən asanlıqla mə’lum olur ki bu iki nəfərdən birinin digərinə qalib gəlməsi imanın şirkə yaxud da şirkin imana qalib gəlməsidir. Başqa sözlə desək bu döyüş çox həlledici rol oynayırdı. Belə ki, İslamın, yaxud şirkin gələcək taleyi bu döyüşdən asılı idi.


Əli (əleyhissəlam) piyada meydana yollandı. Əmrlə üz-üzə gəldikdə ona dedi: “Sən söz vermişdin ki Qüreyş tayfasından bir kişi səndən üç şey istəsə onun birini yerinə yetirəcəksən.” (Əli (əleyhissəlam) özü də Qüreyş tayfasından idi.)
Əmr dedi: “Düzdür.”


Əli: “Mənim birinci istəyim budur ki İslam dinini qəbul edib müsəlman olasan.”
Əmr: “Bundan keç.”
Əli: “Gəl Məhəmmədlə (səlləllahu əleyhi və alih) döyüşmək fikrini başından at çıx get. Əgər Məhəmmədin (səlləllahu əleyhi və alih) dedikləri düz olarsa onda sən onun vasitəsilə dünyanın ən səadətli insanı olacaqsan yox əgər onun dedikləri yalan olarsa onda sən dava etmədən də öz istəyinə nail olmuş olarsan.”


Əmr: “Xeyr Qüreyş qadınları belə fikirləşməyəcəklər. (Onlar mənim səndən qorxub meydandan qaçdığımı zənn edəcəklər.) Mən nəzir etmişəm ki Məhəmməddən (səlləllahu əleyhi və alih) intiqamımı almayınca başıma yağ çəkməyəcəyəm.”
Əli: “Elə isə onda atdan düş mənimlə vuruşaq.”
Əmr: “Heç güman etməzdim ki bir ərəb məndən belə istək diləsin. Mən istəmirəm sən mənim əlimlə qətlə yetiriləsən. Çünki atanla dostluq etmişəm. Qayıt get sən hələ cavansan.”


Əli: “Ancaq mən səni öldürmək istəyirəm.”
Əmr Həzrət Əli əleyhissəlamın bu sözündən qəzəblənib atdan yerə endi və qəzəbindən dərhal atın qıçlarını kəsdi. Əli əleyhissəlamın üstünə hücum etdi. Gərgin döyüş başladı. Hər iki cəngavər bir-birinə zərbələr endirirdilər. Əmr fürsət tapıb Əli əleyhissəlamın başına güclü bir zərbə endirdi. Həzrət Əli (əleyhissəlam) özünü müdafiə etmək üçün qalxanı başına tutdu. Lakin qalxan iki yerə bölündü və Əli


əleyhissəlamın başı yaralandı. Həzrət Əli (əleyhissəlam) da fürsətdən istifadə edib Əmrə güclü zərbə endirdi. Həmin zərbə nəticəsində Əmr yerə sərildi. Döyüş meydanında qalxmış toz-torpaq hər iki qoşuna öz döyüşçülərinin vuruşunu öz gözlərilə izləməyə mane olurdu. Birdən Əli əleyhissəlamın təkbir (Allahu əkbər) səsi göyə ucaldı.
İslam ordusu sevincindən fəryad edirdi. Hamı bildi ki Əli (əleyhissəlam) ərəblərin ən məşhur pəhləvanını öldürmüşdür.



Əmrlə birgə xəndəkdən aşmış digər dörd pəhləvan meydanda
Paylaş: Whatsappda paylas Facebook Twitter Google Bookmarks
1 2 >>

Saytdakı məlumatlardan istifadə zamanı istinad etməyiniz vacibdir!

ILK-10
Hazırladı: MOVLA_ELCHIN