Salam, Qonaq!
Hörmətli Müsəlman! Saytın bütün imkanlarından istifadə etmək üçün qeydiyyatdan keçin.
Baş Sehife
Giriş
Kitabxana | Ramazan ayı

Özünü mələyə oxşadanların bayramı – Fitr bayramı!

Taqlar:ramazan ayi
Yerleşdirdi:Admin (20.04.2019 / 17:08)
Reytinq:rating 547 article (0)
Oxunmuş:17
Fikirler:0
screenİnsanı rahatlıq dalınca çəkən nəfsin vay günləri oldu ramazan. Bir saat qidasız dayana bilməyənlər sübh azanına qalmış nəfs közünü şeytanın gözündə söndürdülər. Bir ömür Allahdan uzaq gəzənlər bu ayda özünə hakim oldu, səma əmrini yerinə yetirdi.





Ayda ərşin köməyinə bax!11 ay nəfsin cilovunu çəkib-buraxanlar düz bir ay onu şahə qaldırdılar. Həm şirin, həm də acı olur ramazanın sonu. Şeytan üzərində qələbəni qeyd etmək çox şirindir.





Amma nəfsin qəfəsdən buraxılması barədə düşündükdə qorxmaya bilmirsən. Bir ay dizin sinəsində qalmış biri ayağa qalxır! Qalxır, nə qalxır! Qalxır ki, bir ayda qazandığını bir anda əlindən alsın. Qalxır ki, dizini sinənə qoyub, beyət istəsin. Ramazanı başa vurub özünü boş buraxmayasan. Oğru cibində bir şey olanı güdür.







Könlün ramazan qazancı ilə dolu. Yol verməyəsən o lənətə gəlmişə. Gəlib ki, aparsın. Gəlib ki, öz gününə salsın səni. Ramazanın səhəri üçün sənə tor qurub. Gözünə, dilinə, qulağına, əl-ayağına, könlünə naməhrəm gətirib.
Pürrəngi çay, yanında da xurma! Bir ay bu ruhiyyədə qaldın. Süfrən haram görmədi.






Məbada, ramazan keçdi deyib, ruhiyyəni dəyişəsən. Axı əcəl saatını nə mən bilirəm, nə də sən. Qapıda səs var... Yoxsa aparmağa gəlib? Kim bilir ki! Qoy gəlsin. Süfrədəki çayı, xurmanı görüb salam verəsidi.
Paylaş: Whatsappda paylas Facebook Twitter Google Bookmarks

Saytdakı məlumatlardan istifadə zamanı istinad etməyiniz vacibdir!

ILK-10
Hazırladı: MOVLA_ELCHIN