Salam, Qonaq!
Hörmətli Müsəlman! Saytın bütün imkanlarından istifadə etmək üçün qeydiyyatdan keçin.
Baş Sehife
Giriş
Kitabxana | Imam Elinin (e) heyati

Əli (əleyhissəlam) Peyğəmbərin qardaşı

Taqlar:imam elinin heyati
Yerleşdirdi:Admin (21.03.2019 / 09:09)
Reytinq:rating 56 article (0)
Oxunmuş:25
Fikirler:0
screenİslami qardaşlıq və qardaşlıq siğəsi İslam dininin ictimai qanunlarındandır. Peyğəmbər (səlləllahu əleyhi və alih) müxtəlif yollarla bu əlaqəni (qardaşlıq əlaqəsini) yaratmaq və onu genişləndirmək üçün çox sə’ylər etmişdir. O



cümlədən Peyğəmbər (səlləllahu əleyhi və alih) Yəsribə gəldikdən sonra mühacirlər (hicrət etmiş müsəlmanlar) və ənsar (Peyğəmbərin Mədinədəki silahdaşları) arasında qardaşlıq əlaqəsi yaratmaq fikrinə düşdü. Buna görə də, bir gün müsəlmanlar arasında ayağa qalxıb buyurdu: «Allah xatirinə bir-birinizlə iki-iki (bir mühacirlə bir ənsar) qardaş olun.» Bundan sonra müsəlmanlar iki-iki qardaş oldu və beləliklə, onlar arasında mehribançılıq daha da artdı.



Bu qardaşlıq əlaqəsi qardaş olmaq istəyən iki nəfərin imanı və fəzilətinin bir-biri ilə münasib gəlməsi şərtilə icra olunurdu. Bunu bir-birilə qardaş olanların vəziyyətindən də müşahidə etmək olar.


Müsəlmanlar bir-biri ilə qardaş olduqdan sonra Əli (əleyhissəlam) tək qaldı. Yaşarmış gözlərlə Peyğəmbərin (səlləllahu əleyhi və alih) hüzuruna gəlib buyurdu: «Məni heç kimlə qardaş etmədin.» Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: «Sən hər iki dünyada mənim qardaşımsan! .» Sonra özü ilə Əli (əleyhissəlam) arasında qardaşlıq siğəsi oxudu.


Bu məsələ Əli əleyhissəlamın fəzilət və əzəmətinin nə dərəcədə olduğunu göstərməklə yanaşı, həm də Əli əleyhissəlamın peyğəmbərə nə qədər yaxın olduğunu göstərir.
Paylaş: Whatsappda paylas Facebook Twitter Google Bookmarks

Saytdakı məlumatlardan istifadə zamanı istinad etməyiniz vacibdir!

ILK-10
Hazırladı: MOVLA_ELCHIN