Salam, Qonaq!
Hörmətli Müsəlman! Saytın bütün imkanlarından istifadə etmək üçün qeydiyyatdan keçin.
Baş Sehife
Giriş
Kitabxana | Dualar
1 2 3 ... 5 >>

Covşən kəbir duası

Taqlar:covşən kəbir duası
Yerleşdirdi:Admin (21.03.2019 / 19:02)
Reytinq:rating 102 article (0)
Oxunmuş:71
Fikirler:0
screenBə”zi rəvayətlərdə gəlib ki, bu əzəmətli duanı mübarək Ramazan ayının gecələrində oxumaq müstəhəbdir. Onun məcmusu 100 fəsildən ibarətdir. Hər fəsli isə Allah-Taalanın 10 adına şamildir. Hər fəslin axırında bunu demək lazımdır: "Sübhanəkə ya la ilahə illa ənt, əl ğovs, əl-ğovs, xəllisna minən-nari, ya Rəbb”
Tərcüməsi: Hər bir eyb və nöqsandan pak və münəzzəhsən, ey O Kəs ki, Səndən başqa bir mə”bud yoxdur, bizə kömək et, bizim fəryadımıza yet, bizi oddan xilas et, ey Rəbb!


Bismillahir–rəhmanir–rəhim
1. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Allah (bütün kamal və camal sifətlərini Özündə cəm edən Vacibül-vücud Zatən qəni olan varlıq), ey Rəhman (rəhməti həddindən artıq olan, rəhməti həm mö”minə, həm də kafirə şamil olan), ey Rəhim (rəhməti sabit olan, kəsilməyən), ey Kərim (ehsan və ne”mət sahibi), ey Müqim, ey Əzim (əzəmətli), ey Qədim (əzəli, heç vaxt zavala uğramayan varlıq, vücudu üçün başlanğıc olmayan), ey Əlim (sonsuz elmli), ey



Həlim (qəzəbinin Onu təhrik etmədiyi Kəs), ey Həkim (hakim, hikmət üzündən iş görən) Hər bir eyb və nöqsandan pak və münəzzəhsən, ey o Kəs ki, Səndən başqa heç bir mə”bud yoxdur, bizim fəryadımıza yet, bizi oddan xilas et, ey Rəbb)!
2. Ey seyyidlərin ağası, ey duaları qəbul edən, ey dərəcələri yüksəldən, ey yaxşılıqları sevən, ey xətaları bağışlayan, ey istəyənlərə əta edən, ey tövbələri qəbul edən, ey səsləri eşidən, ey məxfi şeyləri bilən, ey bəlaları dəf edən!
3. Ey bağışlayanların ən yaxşısı, ey fəth edənlərin ən yaxşısı, ey kömək



edənlərin ən yaxşısı, ey hakimlərin ən yaxşısı, ey ruzi verənlərin ən yaxşısı, ey varislərin ən yaxşısı, ey həmd (tə”rif) edənlərin ən yaxşısı, ey zikr edənlərin ən yaxşısı, ey nazil edənlərin ən yaxşısı, ey ehsan edənlərin ən yaxşısı!
4. Ey O Kəs ki, yalnız Sənin üçündür izzət və cəmal, ey O Kəs ki, yalnız Sənin üçündür qüdrət və kamal, ey O Kəs ki, yalnız Sənin üçündür mülk (səltənət) və cəlal, ey Kəbir və Mütəal, ey ağır buludları vücuda gətirən, ey intiqamı (tədbir, əzab və qüdrəti) şiddətli olan, ey hesablara çox sür”ətlə yetişən, ey cəzası şiddətli olan kəs, ey O Kəs ki, gözəl savablar Sənin yanındadır, ey O Kəs ki, Ümmül-kitab Sənin yanındadır!


5. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Hənnan (Ondan üz çevirənləri qəbul edən, rəhmət sahibi), ey Mənnan (bir şeyi istəməzdən qabaq əta etməyə başlayan), ey Dəyyan (qəhhar, məxluqatı Öz itaətinə vadar edən), ey Bürhan, ey Sultan, ey Rizvan, ey Ğüfran (məğfirət sahibi, tövbə edən bəndənin günahını silib yerinə savab yazan), ey Sübhan (hər bir eyb və nöqsandan pak və münəzzəh), ey Müstəan (kömək istənilən), ey ne”mət və bəyan sahibi!



6. Ey O Kəs ki, hər şey Sənin əzəmətin müqabilində zəlildir, ey O Kəs ki, hər şey Sənin qüdrətin müqabilində zəlildir, ey O Kəs ki, hər şey Sənin izzət və şövkətinin müqabilində zəlildir, ey O Kəs ki, hər şey Sənin heybətindən xaze”dir, ey O Kəs ki, hər şey Sənin xəşyətin müqabilində zəlildir, ey O Kəs ki, dağlar Sənin qorxundan parçalanır, ey O Kəs ki, asimanlar Sənin əmrinlə bərqərardır, ey O Kəs ki, yerlər Sənin iznin ilə müstəqərdir (sabit, qərarlaşmış), ey O Kəs ki, şimşək həmd ilə Sənə təsbih deyir, ey O Kəs ki, Öz məmləkətinin əhalisinə (Öz bəndələrinə) zülm etməz!



7. Ey xətaları bağışlayan, ey möhnəti (qəm-qüssəni) dağıdan, ümidlərin sonu, ey ətaları böyük (vüs”ətli) olan, ey hədiyyələri bəxşiş edən, ey məxluqata ruzi verən, ey arzuları yerinə yetirən, ey şikayətləri eşidən, ey məxluqatı dirildən, ey əsirləri azad edən!


8. Ey həmd və səna sahibi, ey fəxr və əzəmət sahibi, ey məcd və rəf”ət (uca məqam) sahibi, ey əhd və vəfa sahibi, ey əfv və riza (razılıq) sahibi, ey minnət (ne”mət) və əta sahibi, ey fəzl və fərman sahibi, ey izzət və əbədiyyət sahibi, ey ehsan və səxavət sahibi, ey zahiri və batini ne”mətlər sahibi!



9. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Mane” (övliyaullahları qoruyan, onlara kömək edən, yaxud məhrum olmağa layiq olanları məhrum edən), ey Dafe” (mö”minlərdən bəlaları dəf edən), ey Rafe” (mö”minlərə səadət, övliyaullahlara təqərrüb bəxş etməklə dərəcələrini yüksəldən), ey Sane” (kainatı ixtira edən), ey Nafe” (istədiyi layiqli bəndələrə xeyir yetirən), ey Same” (eşidən), ey Came” (cəm edən), ey Şafe” (şəfaətçi), ey Vase” (istənilən şeylərdən daha geniş əta edən, qəniliyi bütün fəqirlərə, ruzisi və rəhməti bütün məxluqata şamil olan), ey Müin (köməkçi)!



10. Ey hər şeyin yaradanı (Faili), ey bütün məxluqatın xəlq edəni, ey bütün ruzi verilənlərin ruzi verəni, ey bütün mülkiyyətdə olanların maliki (sahibi), ey bütün qəm-qüssə və çətinlikdə olanların qəm-qüssələrini dağıdan, ey bütün müsibət görənlərin qəmini dağıdan, ey bütün mərhumlara rəhm edən, ey bütün köməksizlərə kömək edən, ey bütün eyblilərin eybini örtən, ey bütün qovulmuşların pənahı!
11. Ey çətinliklərdəki zəxirəm (ehtiyatım), ey müsibətlərdəki ümidim, ey vəhşətlərdəki munisim, ey qürbətdəki yoldaşım, ey ne”mət sahibim, ey qəmli halımdakı dadıma yetənim, ey sərgərdan qaldığım vaxt yol göstərənim, ey fəqirlik (ehtiyac) çağında məni qəni edən, ey iztirar çağında mənim pənahım, ey qorxu halında mənim kömək edənim!



12. Ey qeybləri bilən, ey günahkarları bağışlayan, ey eybləri örtən, ey qəm-qüssəni dağıdan, ey qəlbləri (mə”nəvi cəhətdən) halbahal edən, ey qəlblərin təbibi, ey qəlbləri nurlandıran, ey qəlblərlə üns tutan, ey qüssələri dağıdan, ey qəmləri aradan aparan.



13. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Cəlil (sifətlərində kamil), ey Cəmil (fe”lləri gözəl, vəsfləri kamil), ey Vəkil (kifayət edən, hər bir işdə bəndələrini hifz edib zərəri dəf edən), ey Kəfil (zamin), ey Dəlil (düz yol göstərən), ey Qəbil, ey Müdil (qələbə və nüsrətə yetirən), ey Münil (əta edən), ey Müqil (xətadan keçən), ey Mühil (çarə, tədbir edən)!



14. Ey sərgərdan qalanların yol göstərəni, ey fəryad edənlərin fəryadına yetən, ey imdada çağıranların imdadına yetişən, ey pənah istəyənlərə pənah verən, ey qorxanlara əmin-amanlıq verən, ey mö”minlərin köməyi, ey miskinlərə rəhm edən, ey asilərin (günahkar bəndələrin) pənahgahı, ey günhakarları bağışlayan, ey çarəsizlərin duasını qəbul edən!



15. Ey ehsan və cud (bəxşiş) sahibi, ey fəzl və ne”mət sahibi, ey əmin-amanlıq sahibi, ey qüds (paklıq, müqəddəslik) və sübhan (münəzzəhlik) sahibi, ey hikmət və bəyan sahibi, ey rəhmət və rizvan sahibi (razılığın yüksək dərəcəsi), ey höccət və bürhan sahibi, ey əzəmət və səltənət sahibi, ey rə”fət və kömək sahibi, ey əfv və ğüfran sahibi!



16. Ey hər şeyin Rəbbi (təkamülə doğru hidayət edəni), ey hər şeyin mə”budu, ey hər şeyin xaliqi, ey hər şeyin icad edəni, ey hər şeydən əvvəl olan, ey hər şeydən sonra qalan, ey hər şeyin fövqündə olan, ey hər şeyə alim olan Kəs, ey hər bir şeyə qadir olan Kəs, ey O Kəs ki, hər şey fani olar və Sən qalarsan!
17. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Mö”min (əmin-amanlıq bəxş edən), ey Mühəymin (məxluqun
Paylaş: Whatsappda paylas Facebook Twitter Google Bookmarks
1 2 3 ... 5 >>

Saytdakı məlumatlardan istifadə zamanı istinad etməyiniz vacibdir!

ILK-10
Hazırladı: MOVLA_ELCHIN